Prezidenti ölümlə hədələdi - İki il iş verdilər

ABŞ-ın eks-prezidenti Barak Obamanı hədələdiyi üçün həbs edilən Nyu-York ştatının sakini yenidən həbs edilib.

"TASS” xəbər verir ki, 20 yaşlı Cared Braun bu dəfə yeni ölkə başçısı Donald Trampı hədələyib. Bu barədə Niaqara dairə prokurorluğunun nümayəndəsi bildirib.

Məlumata görə, Cared polisə zəng edərək prezident Trampı öldürmək istədiyini bildirib. Bu səbəbdən o, 2 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Cared Braun 2015-ci ildə eks-prezident Barak Obamanı öldürmək istədiyi üçün 15 aylıq həbs olunmuşdu./qafqazinfo.az/

MediaFax