Prezidenti öldürmək istədilər - 9 yaralı

Filippin prezidenti Rodriqo Dutertenin kortejinə hücum edilib.

Bir qrup silahlı şəxs ölkə liderinin avtomobil karvanı yaxınlığında bomba partladıb.

Məlumata görə, insident nəticəsində doqquz nəfər yaralanıb. Xəsarət alanlardan 7-si prezidentin mühafizəçisi, 2 nəfər isə hərbçidir. Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir.

O da qeyd edilir ki, hücum zamanı prezindent maşında olmayıb./qafqazinfo.az/

MediaFax