Braziliyanın yeni prezidenti Mişel Timerin adı korrupsiya qalmaqalında hallanır.
Ölkə lideri korrupsiyada və Nazirlər Kabinetinə təzyiq göstərməkdə ittiham edilir. Sabiq mədəniyyət naziri Marselo Kaleronun sözlərinə görə, Temer ondan başqa bir nazirə biznes -sövdələşmədə kömək etməsini istəyib.
Ötən həftə istefa verən nazir bildirib ki, Timer ona təzyiq göstərərək tarixi rayon olan Salvadorda elit mənzillərin tikintisinə icazə verməyi tələb edib. Həmin rayondakı ərazilərin isə prezident dəftərxanasının hökumət işləri üzrə katibi Lima Vieyre Jeddelyuya məxsus olduğu deyilir. Mişel Temer bütün ittihamları rədd etsə də, Kalero ilə tikinti mövzusunda söhbət apardığını etiraf edib./qafqaqzinfo.az/
MediaFax