Filippin lideri Rodriqo Duterte qətl törətdiyini deyib.
"Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, prezident hadisənin Davao şəhərinin meri olarkən baş verdiyini deyib. O, bildirib ki, mer vəzifəsini yerinə yetirən dönəmlərdə cinayətdə şübhəli bilinən şəxsi öldürüb. Prezident bunu cinayətkarlarla mübarizədə polislərə nümunə olmaq üçün etdiyini deyib.
Hadisəni danışan Duterte "Mən bunu Davaoda şəxsən etmişəm. Sadəcə polislərə göstərmək istəyirdim ki, mən edə bilirəmsə, siz də edə bilərsiniz. Motosikletlə Davao küçələrini gəzib xoşagəlməz hadisələr axtarırdım. Əslində, mən kimisə öldürmək üçün konflikt axtarırdım”,- deyib.
MediaFax