Rusiya prezidenti Vladimir Putin hökumətə tərkibində 25 faizdən yuxarı spirt olan məhsulların istehsalı və satışı qaydalarının sərtləşdirilməsini tapşırıb.
Bu haqda Kremlin saytında bildirilir.
Bununla bağlı dövlət başçısına 2017-ci martın 31-dək məruzə təqdim edilməlidir.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində spirt tərkibli surroqat vasitədən zəhərlənərək ölənlərin sayı 60-a çatıb. 40 nəfər stasionar müalicədədir.
İrkutsk vilayətində fövqəladə vəziyyət elan edilib, spirt tərkibli içkilərin satışı qadağan edilib. Qadağa ticarət obyektlərində "Yemişan”ın və analoji məhsulların olmasını müəyyənləşdirən axtarışlar başa çatana qədər davam edəcək./bakipost.az/
MediaFax