Prezident aparatından Kərimovun ölüm xəbərinə reaksiya

Özbəkistan prezident aparatı İslam Kərimovun ölüm xəbərini təkzib edib.
 
RİA Novosti agentliyinin verdiyi məlumata görə, bu barədə prezident aparatındakı mənbə bildirib.
 
"Prezident İslam Kərimovun vəziyyəti sabitdir”, deyə mənbə bildirib.
 
Qeyd edək ki, İslam Kərimov avqustun 27-də xəstəxanaya yerləşdirilib. Bu gün bəzi xəbər saytları İslam Kərimovun vəfat etməsi barədə məlumat yayıb./APA/

MediaFax