Poroşenko Ukrayna xalqının düşmənidir - Savçenko

Ali Radanın deputatı Nadejda Savçenko prezident Pyotr Poroşenkonu Ukrayna xalqının düşməni adlandırıb.
 
O, bu barədə yerli telekanallardan birinə müsahibəsi zamanı deyib.
 
"Mən onu opponentim hesab etmirəm, xalqımın düşməni sayıram”.
 
Savçenko prezidenti yalnız 1 dəfə azad olunduqdan sonra gördüyünü, yarım ildən artıq müddətdir ki, prezident administrasiyasından heç kəslə görüşmədiyini dilə gətirib.
 
Pyotr Poroşenko ilə yeni görüşünün olması ehtimallına isə deputat "Yox. Bilirsiz, səhərlər belə axmaq arzularla oyanmıram” –deyə cavab verib.
 
O, həmçinin prezident olmaq istədiyini də deyib./modern.az/

MediaFax