11:55
Ukrayna prezidenti Petro Poroşenko Kievdə "Maydan” nümayişçilərinə qarşı cinayətə görə açılmış işlə bağlı dindiriləcək.
Prezident dindirilmək üçün noyabrın 29-da Baş prokurorluğa çağırılıb.
Lakin prezident administrasiyası Poroşenkonun hansı qismdə dindiriləcəyi ilə bağlı sorğunu cavablandırmayıb.
Qeyd edək ki, sentyabrın ortalarında Ukrayna baş prokuroru Yuri Luçenko bəyan etmişdi ki, Poroşenko 2013-2014-cü ildə Maydanda baş verən hadisələrlə bağlı ifadə verəcək./qafqazinfo.az/
-------------------
14:46
Ukrayna prezidenti Petro Poroşenko Maydan hərəkatı zamanı baş verən iğtişaşlar və qanunsuzluqlarla bağlı istintaq tərəfindən dindirilib.
Ukrayna Baş Prokurorluğundan "Qromadske" telekanalına bildirilib ki, prezidentin noyabrın 29-da Baş Prokurorluqda şahid qismində dindirilməsi nəzərdə tutulsa da, proses noyabrın 18-nə keçirilib.
Prezident Administrasiyasında aparılan dindirmə 6 saat çəkib.
Araşdırma çərçivəsində keçmiş baş nazir, Arseniy Yatsenyuk, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, Kiyevin meri Vitali Kliçko, Ali Radanın spikeri Andrey Parubiy və daxili işlər naziri Arsen Avakov da istintaqa çağırılıb./APA/