Ölkədə böyük əks-səda doğuran məhkəmə prosesi kimi yadda qalan Kazımov İsmayıl Kamal oğlunun işindən xəbər var.
İki ildən artıqdır ki, davam edən məhkəmə prosesi nəhayət ki, yekunlaşıb. Məhkəmələrin ilkin çıxardığı qərardan narazı qalan vətəndaş Ali Məhkəməyə müraciət etmişdi. Məhkəmənin ədalətli qərarı nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2014-cü il hökmü ilə məhkum edilmiş İsmayıl Kazımov bəraət alıb.
Məlumatı saytımıza açıqlamsında keçmiş məhbus İsmayıl Kazımov özü deyib. Onun sözlərinə görə bu gün məhkəmənin ədaləti bərpa etməsi olduqca böyük nəticədir. Bu onu göstərir ki, ədaləti hər zaman məhkəmə yolu ilə bərpa etmək olar.
"Mən 2 ildən artıq müddətdə vəkilimlə bərabər hüquqlarımın müdafiəsi üçün çalışdım. Sonda məhkəmə mənə bəraət verdi. İndi günahsız yerə mənim həbsdə yatmağıma səbəb olan şəxslərdən 200.000 təzminat tələb edəcəm. Hazırda o istiqamətdə işlər görülür.İnanıram ki, bu dəfə də ədalətli qərar qəbul ediləcək”
İsmayıl Kazımov ona qarşı olan haqsızlığın qısa tarixçəsini də xatırladıb: "08 fevral 2014-cü il tarixdə "Nizami” metrosu yaxınlığında daha əvvəl yol nəqliyyat hadisəsi zamanı mülki şəxsin avtomobilinə ziyan vurduğu bir nəfərlə görüşməli idim. Buna görə həmin adama pul verməli idim. Bu zaman polislər mənə yaxınlaşaraq Polis İdarəsinə getməyimi bildirdilər. Mən isə fikirləşdim ki, məhz həmin yol nəqliyyat hadisəsi ilə əlaqəlidir. Buna görə də narahat olmadım. Qarşıma saxta ittihamlarla bağlı rəsmi sənədləri imzalamağı tələb etdilər və hüquqlarımın müdafiəsi təmin olunmadığına görə bu məsələnin həllini məhkəmə yolu ilə tapacağını qərara gəldim, hər-hansı ifadə və imza etməkdən imtina etmişdim. Təhqiqat və istintaq materiallarından məhkəmə baxışı ilkin iclasında ittihamlarla tanış olmadığımı və hüquqlarımı kobud surətdə pozulduğunu bildirdim. Birinci məhkəmə instnasiyasında ittihamların saxta olduğu və polis əməkdaşları Qasımov Ceyhun, Məlikov Emin və hal şahidləri Kərimov Əli Salman oğlu, Əliyev Taleh Nazim oğlu ilə əlbir olaraq ittihamlar saxta olduğuna görə hal şahidi qismində cinayət işinin hüquqi qüvvəsinin gücləndirilməsi üçün cəlb olunmuş şəxslər olduğu müəyyən olmuşdur. İndi həmin şəxslər özləri məsuliyyətə cəlb olunub.”/femida.az/
MediaFax