Polis terrorun qarşısını aldı

Vyana polisi terror aktı həyata keçirməyi planlaşdıran ölkənin milliləşdirilmiş 18 yaşlı vətəndaşını saxlayıb.

BBC xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Volfqanq Sobotka bildirib.

V.Sobotkanın sözlərinə görə, saxlanılan şəxsin radikal fikirli olmasını düşünmək üçün əsaslar var.

Polis ölkə sakinlərinə müraciət edərək onlardan daha sayıq olmağı, şübhəli şəxslər və obyektlər gördükləri halda məlumat verməyi xahiş edib.

Hazırda şəhərdə təhlükəsizlik tədbirləri artırılıb./musavat.com/

MediaFax