Bakıda 32 yaşlı qadın intihara cəhd edib.
Hadisə Səbail rayonunda baş verib.
Belə ki, Badamdar qəsəbəsindəki parklardan birində 1985-ci il təvəllüdlü Nərgiz Atayeva intihar etmək məqsədi ilə özünü iplə ağacdan asıb. Lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən intiharın qarşısı alınıb.
N.Atayeva polisə verdiyi ifadəsində hərəkətindən peşman olduğunu bildirib./report.az/
MediaFax