Polis biznesmeni xilas etdi - Azərbaycanda

Xaçmaz rayonunda ölümlə hədələnən şəxs polis tərəfindən xilas edilib.
 
Xaçmaz şəhərinin N.Nərimanov küçəsində yerləşən "Qızıl Tac” mağazasının sahibi Ehtiram İslamov üzləşdiyi cinayət əməli ilə bağlı mağazadakı siqnalizasiya sistemi vasitəsi ilə polisə məlumat verib.

Belə ki, iş adamının tanışları - Orucov Dövlət Əlibaxış oğlu və İlyasov Əli İlyas oğlu ilə pul məsələsinə dair mübahisəsi yaranıb. E.İslamov xuliqanlıq zəminində döyülüb və bıçaqla öldürməklə hədələndiyini gördükdə siqnalizasiya vasitəsi ilə mühafizə polisinə müraciət edib.

Dərhal əraziyə polis cəlb edilib və Ə.İlyasov saxlanılıb. D.Orucov isə hadisə yerindən qaçıb. Xaçmaz RPŞ-nin və Mühafizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində D.Orucov da tutulub.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır./lent.az/

MediaFax