Bakının Xəzər rayonunda Polis Akademiyasının 3-cü kurs tələbələri arasında mübahisə zamanı bir nəfər bıçaqlanıb.
Dava küçədə olub.
Belə ki, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 5 ünvanın qarşısında Polis Akademiyasının 3-cü kurs tələbələri - 1997-ci il təvəllüdlü Coşqun Əliyev ilə 1996 -ci il təvəllüdlü Rəşad Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı C.Əliyev qrup yoldaşı R.Məmmədova bıçaqla xəsarət yetirib.
R.Məmmədov Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./report.az/
MediaFax