Poliklinikada yanğın həyəcanı - Xəstələr təxliyə olundu

Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 2940 m2 olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.
 
FHN-nin saytının verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 uşaq, 13 böyük) tüstülənmiş ərazidən - poliklinikanın 1-ci mərtəbəsindən təxliyə olunub.
 
Poliklinika binası yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

MediaFax