PKK-nın yeni taktikası

PKK terror qruplaşması Sincar dağında tunel qazır

Bu barədə Mosul vilayətinin Sincar rayonunun icra başçısı Mehma Halil məlumat verib.

PKK-nın bölgədən çəkilməyəcəyini bildirən Halil deyib: "PKK silahlıları son dövrlərdə Sincardakı düşərgələrini genişləndirərək gücləndirirlər. Bu isə qruplaşmanın ərazidən asanlıqla çəkilməyəcəyinə işarə edir”.

PKK-nın dağdakı fəaliyyəti barədə icra başçısı bunları deyib: "PKK Sincar dağında və nəzarət etdiyi bəzi bölgələrdə tunellər qazır. İŞİD terrorçuları kimi tunel qazıb hava hücumundan qorunmaq istəyirlər. Qruplaşma təhlükəli planlar qurur”.

ABŞ yezidi kürdlərinə PKK-nı Sincardan çıxarmaq üçün qruplaşmaya təzyiq göstərəcəyini bildirib. Amma bu günə qədər heç bir addım atılmayıb. PKK-da terrorçu sayı günü-gündən artır”.

PKK Sincarda olduğu müddətdə rayonun yenidən inşası və köçkünlərin evlərinə dönməsi mümkün olmayacaq./ölkə.az/

MediaFax