Türkiyədə PKK terror təşkilatına ağır zərbə vurulub.
Publik.az "Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Adana valiliyinə edilən terror hücumu ilə əlaqədar aparılan istintaq çərçivəsində PKK-nın liderlərindən biri "Halo dayı” kod adlı Eyüp. Ç. tutulub.
O, terror təşkilatında Mardindən Antalyaya qədər olan bölgədə məsul şəxs idi. Terrorçunun etiraflarından istifadə edən polis PKK-nın Aralıq dənizi qanadının üzvü olan təxminən 80 nəfəri saxlayıb.
MediaFax