PKK-nın əsas liderlərindən biri Məhv edildi

PKK terror təşkilatının liderlərindən biri olan İsa Teres öldürülüb.
 
"Anadolu” agentliyinin verdiyi xəbərə görə, noyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı PKK-nın Bingöl, Muş və Ərzurum üzrə rəhbəri, kod adı İsa Fərhad olan İ. Teres onunla birlikdə olan terrorçularla birlikdə məhv edilib.
 
İ. Teres 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edir. İ. Teres uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub.
 
PKK-çılar öldürüldüyü zaman həmin ərazidə xeyli sayda silah-sursat ələ keçirilib.
 
Qeyd edək ki, İ. Teres 1993-cü ildən adıçəkilən terror təşkilatının üzvüdür./APA/

MediaFax