Azərbaycanda 4401 nəfər piylənmə diaqnozu ilə qeydiyyatdadır.
Dövlət Statistika Komitəsindən bildirilib ki, müalicə-profilaktika müəssisələrində piylənmə diaqnozu ilə qeydiyyatda olan kişilərin sayı 1870, qadınların sayı isə 2531 nəfərdir.
Piylənmədən əziyyət çəkənlər arasında 18 yaşadək olanların sayı 1327 nəfərdir. Bu yaşda piylənmədən əziyyət çəkənlər arasında oğlanlar üstünlük təşkil edirlər.
Belə ki, qeydiyyatda olanlardan 724-ü oğlan, 603-ü isə qızdır./report.az/
MediaFax