Pianonun içindən qızıl çıxdı

Böyük Britaniyanın Şropşir bölgəsində təmirə göndərilən pianonun içərisindən məharətlə gizlədilmiş çoxlu sayda qızıl tapılıb.

"BBC”nin verdiyi xəbərə görə, hazırda qızılların xəzinə olaraq qiymətləndirilib-qiymətləndirilməyəcəyinə və varisinin olub-olmadığına dair istintaq aparılır.

Araşdırma nəticəsində pianonun "Broadwood & Sons of London" tərəfindən istehsal edildiyi və 1906-cı ildə Esseks bölgəsindəki bir musiqi mağazasına satıldığı ortaya çıxıb. 1983-cü ilə qədər piano barədə hər hansı izə rast gəlməyən araşdırmaçılar, o tarixdə pianonu satın alan ailənin daha sonra Şropşirə gəldiyini müəyyən ediblər.

İstintaq mart ayında davam edəcək və ona qədər qızıllar barədə heç bir məlumat verilməyəcək.

Böyük Britaniya qanunlarına görə, tapılanların xəzinə hesab olunması üçün onun 300 illik tarixi olmalı və sahibi, yaxud varisləri bilinməməlidir./virtualaz.org/

MediaFax