Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq.
Bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihə 98 dəyişiklikdən ibarətdir.
Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq.
Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq.
Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq./report.az/
MediaFax