Əfsanəvi futbolçu Pelenin oğlu Edinyo həbsdən azad edilib.
APA xəbər verir ki, braziliyalı müvəqqəti olaraq, azadlığa buraxılıb.
Belə ki, yeni apelyasiya şikayətinə baxılana qədər Edinyonun sərbəst buraxılmasına qərar verilib.
2014-cü ilin yayında Edinyoya narkobizneslə məşğul olmaq və çirkli pulların "yuyulması" səbəbindən 33 il azadlıqdan məhrum edilmə cəzası verilmişdi. Lakin Pelenin oğlu bununla razılaşmayaraq, apelyasiya şikayəti vermişdi. Nəticədə onun cəzasının müddəti 12 il 10 aya endirilmişdi.
Fevralın 24-də Edinyo Santos ştatının San-Paulo şəhərində polis bölməsinə aparılıb. Onun türməyə göndəriləcəyi gözlənilsə də, vəkili yeni apelyasiya şikayəti verərək, Edinyonun daha bir müddətə azadlıqda qalmasına nail olub.
Pelenin oğlu növbəti dəfə açıqlamasında günahkar olmadığını bildirib: "Özümü bitmiş hiss edirəm. Böyük məyusluq hissi keçirirəm. Çünki günahım yoxdu. Adımı çirkli pulların "yuyulmasında" hallandırırlar, amma belə şey etməmişəm".
Qeyd edək ki, Edino futbolçu karyerasının bitirdikdən sonra atasının keçmiş klubu "Santos"da qapıçılarla işləyən və köməkçi məşqçi kimi çalışıb.
MediaFax