“PAŞA Sığorta”da yeni rəhbər

"PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik edilib.
 
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "APA-Economics”ə verilən məlumata görə, səhmdarların qərarı ilə əvvəllər şirkətin İdarə Heyəti sədrinin I müavini vəzifəsini icra edən Niyaz İsmayılov "PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
 
İdarə Heyəti sədrinin I müavini vəzifəsinə isə əvvəllər "PAŞA Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının üzvü olmuş İbrahim İbrahimov təyin edilib.
 
Bununla da, şirkətin İdarə Heyəti aşağıdakı qaydada formalaşıb. Şirkətin İdarə Heyətinin sədri Niyaz İsmayılov, İdarə Heyəti sədrinin I müavini İbrahim İbrahimov, İdarə Heyətinin sədr müavini Dilara Babayeva, İdarə Heyətinin üzvləri Lalə Cəfərova və Rüstəm Məmmədovdur. 
 
Qeyd edək ki, əvvəllər İdarə Heyətinin sədri olmuş Mürsəl Rüstəmov öz xahişi ilə vəzifəsindən ayrılıb.      
 
"PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin mart ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

MediaFax