Fevralın 9-da "Pyotr Poroşenkonun Bloku” fraksiyasının deputatları Ali Radada dava salıblar.
Ukrayna mediası bildirir ki, münaqişə sessiya zalına mərkəzi keçiddə qeydə alınıb.
Dava "Pyotr Poroşenkonun Bloku”ndan olan deputatlar Oleq Barna və Sergey Leşenko arasında düşüb. Bundan əlavə, fraksiyanın digər üzvü İvan Melniçukun da dava edənlərə qoşulduğu bildirilir.
Barna münaqişənin təşəbbüksarı olmadığını bəyan edib. Davanın hansı səbəbdən baş verdiyi hələ ki açıqlanmır./modern.az/
MediaFax