Biz gücümüzü ölkə başçısı ətrafında səfərbər edərək, Ermənistana qarşı müharibə elan edib torpaqlarımızı işğaldan azad etməliyik.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisdə (MM) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistana müharibə elan edərək, ermənilərin 200 ildən bəri Azərbaycan torpasqlarının işğalına son qoymaq lazımdır.
"Ona görə də ermənilərn etdiyi istənilən təklifə ehtiyatla yanaşmaq lazımdır. Çünk yaxından tanıyan bir şəxs kimi deyirəm ermənilər o qədər riyakar xalqdır ki, onların dediklərinə inanmaq olmaz. Bu, bizi növbəti fəlakətlə üzləşdirə bilər”- deyə. F. Ağamalı vurğulayıb.
Deputat əlavə edib ki, ona görə də millət vəkili Azay Quliyevin "Sülh platforması” adı altında həyata keçirilən xalq diplomatiyasına ehtiyatla yanaşır:
"Ola bilər ki, ber neçə erməni jurnalist həqiqətən də xalqının gələcək taleyindan narahat olduğundan səmimi sülh istəyir. Ancaq bunu bütün erməni xalqına aid etmək olmaz. Bu gün bir neçə erməni Azərbaycana gələ bilər. Ancaq gələcəkdə Azərbaycana gələn ermənilər arasında Ermənistan xüsusi xidmət orqanlarının yetişdirdiyi adamlar ola bilər və biz gələcəkdə bu səfərlərdə bir az ehtiyatlı olmalıyıq”.