"Allah özü Ermənistan, Gürcüstan və Azərbaycana yar olsun və bu ölkələrdə yaşayan xalqları müşayiət etsin".
"Vatikan radiosu" xəbər verir ki, bunu Papa Fransisk Qafqaza səfəri barədə ətraflı danışdığı ümumi qəbul zamanı deyib.
Papa bildirib ki, Gürcüstan və Azərbaycana səfər, Ermənistana səfərin davamı idi. Beləliklə, Müqəddəs Ataya orada mövcud olan Katolik Kilsəsini möhkəmləndirmək və oradakı xalqları sülh və qardaşlığa yönəltmək üçün bu üç Qafqaz ölkəsinə səfər etmək müyəssər olub.
Papa əlavə edib ki, həm Gürcüstan, həm də Azərbaycan qədim dini-mədəni köklərə malikdir, lakin eyni zamanda onlar yeni mərhələ yaşayırlar. Bu il onların hər ikisi uzun sürən Sovet rejimindən sonra müstəqilliklərinin 25 illiyini qeyd edirlər.
"Katolik Kilsəsi, iştirak etmək, yanında olmaq üçün mövcuddur, xüsusilə də, xeyriyyəçilik və insani inkişaf əlaməti olaraq və o bunu digər kilsə və xristian icmaları ilə, digər dinlərlə dialoq şəraitində etməyə çalışır. Çünki "Allahın hamının atası olduğuna", bizlərin isə qardaş və bacı olduğuna şübhə ilə yanaşmır", - deyə o bildirib.
MediaFax