Goranboyda pambıq qəbulu məntəqəsində yanğın olub.
Məntəqədə yığılan və hər biri təxminən 300 ton olan 4 pambıq tayası alışıb.
Hadisə yerinə FHN-nin Goranboy rayon Yanğından Mühafizə hissəsinin 6 yanğınsöndürən avtomobili və xeyli canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Hadisənin başvermə səbəbləri araşdırılır./APA/
MediaFax