İlkin mənzil bazarında satışa təklif olunan mənzillərin əsas payını təmirli mənzillər tutur – 79%, təmirsiz mənzillərin payı 21% təşkil edir.
Saytımız bu barədə noyabr ayında paytaxt daşınmaz əmlak bazarında aparılan monitorinqə əsaslanaraq "Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinə istinadən xəbər verir.
Hesabata görə, Bakıda çoxmənzilli yeni binaların 67%-i dövlət qeydiyyatından keçməyib:
"Müqavilə ilə satılan mənzillərin payı ümumi təklifdə 67% təşkil edir, kupçalı isə 33%. Bu, o deməkdi ki, çoxmənzilli yeni binaların 67%-i dövlət qeydiyyatından keçməyib.
Habelə ilkin bazarda təklif portfelində ipotekada olan mənzillər də müşahidə olunur, lakin ümumi təklif portfelində payı cüzi miqdardadır – 0,5%”./oxu.az/
MediaFax