Çovdarovun MTN-də işləyən qohumu danışdı - Brilyant məsələsi

Akif Çovdarov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin günün ikinci yarısında davam edən iclasında "Riyad" mühafizə xidmətinin rəisi Etibar Qasımov şahid qismində ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
 
Akif Çovdarovun vəkili Kamandar Nəsibov prosesdən sonra jurnalistlərə bildirib ki, jurnalistlərin məhkəməyə buraxılması ilə bağlı vəsatət versələr də, təmin edilməyib.
  
Vəkil deyib ki, zərərçəkmiş Şahmar Qurbanovun epizodu ilə bağlı ləğv edilən MTN-in sabiq əməkdaşı, hazırda təqaüddə olan İsgəndər Hüseynov ifadə verib: "O ifadəsində dedi ki, Şahmar Qurbanov Bakıda bir çox şəxsə qarşı dələduzluq edib. O, uzun müddət Türkiyədə ticarətlə məşğul olub. Orada Hindistan vətəndaşına qarşı dəyəri 100 min dollardan baha olan brilyantı ələ keçirilib. Sonradan həmin qızılı Rusiyada satmaq istəyəndə dağıstanlılar əlindən alıb".
  
Vəkil bildirib ki, şahid Şahmar Qurbanov barəsində Türkiyədə axtarış elan edildiyini də deyib: "Şahmar ifadəsində deyib ki, Çovdarov tutulandan sonra Azərbaycana qayıdıb. İsgəndər isə barəsində axtarış olduğundan onu Azərbaycana qayıtdığını qeyd etdi".
 
Zərərçəkən Şahmar Qurbanov isə jurnalsitlərə açıqlamasında İsgəndər Hüseynovun dediklərinin yalan olduğunu bildirib: "İsgəndər Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Həm də Çovdarovun qonşusu olub. Birbaşa mənim əleyhimə ifadə verdi. Çovdarova brilyantı elə onunla birgə gətirmişəm. Mən MTN-ə gələndə Akif Çovdarovun otağına İsgəndər aparıb. Əhmədlidəki evimi onun arvadının adına keçirmişəm".
  
Proses noyabrın 28-də davam edəcək./APA/

MediaFax