"Oskar” almaq istəyirsənsə, mütləq amerikalı olmalısan və Amerika mədəniyyətini nümayiş etdirməlisən.
Kvinslend universitetinin alimləri dünyanın ən məşhur "Oskar” mükafatını əldə etməyin reseptini hazırlayıblar. Mütəxəssislər 1968-ci ildən etibarən "Oskar” mükafatı alan və ya bu mükafata namizəd olan şəxsləri araşdırıb. Məlum olub ki, qalib gələnlərin 50%-i amerikalı aktyorlardır. Bundan başqa, qalib gələnlərin əksəriyyəti hakimlərlə eyni sosial təbəqəyə malikdirlər.
Maraqlıdır ki, "Oskar”a layiq görülən aktyorların 88%-i canlandırdıqları obrazlarla Amerika mədəniyyətini də təbliğ ediblər./aznews.az/
MediaFax