Oğrular məşhur şirkətləri ziyana saldılar

Bakıda məişət texnikasının satışı ilə məşğul olan şirkətlərdən külli miqdarda oğurluq olub. 

Hadisə paytaxtın Nərimanov rayonunda, Dərnəgül qəsəbəsində yerləşən "Kontakt" və "Eurolux" şirkətlərinin anbarlarında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər ayrı-ayrı vaxtlarda anbardan televizorlar, kondisionerlər, soyuducular və digər məişət texnikalarını oğurlayıblar. 

Məlumatda adıçəkilən şirkətlərə ümumilikdə 50 min manata yaxın ziyan dəydiyi bildirilir. 

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir./report.az/

MediaFax