Bakıda oğrular hərbi hissəni rabitəsiz qoyublar.
Bu barədə Sputnik Xəzər Rayon Polis İdarəsinə istinadən məlumat yayıb.
İnformasiyaya əsasən, saat 19:30-da Xaşaxuna yaşayış massivində N saylı hərbi hissənin kommunikasiyasını təmin edən yüz metr uzunluğunda məftil kəsilib.
Görülmüş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları oğurluqla əlaqəsi olan şəxsləri saxlayıblar. Onlar Zirə kənd sakinləri Tacir Məmmədov (2003-cü il təvəllüdlü) və Kənan Şirinovdur (2001-ci il təvəllüdlü).
Məlum olub ki, onlar oğurluqdan sonra kabeli yandırıblar ki, içərisindəki misi çıxarıb əlvan metalın qəbulu məntəqəsinə versinlər.
MediaFax