Oğrular biznesmenə 6 milyonluq ziyan vurdular

Moskvanın mərkəzində iri biznesmenin ümumi dəyəri 6 milyon rubl olan saat kolleksiyası oğurlanıb.
 
Rusiya KİV-ləri xəbər verir ki, hüquq-mühafizə orqanları həmin biznesmenin evinə oğruların girdiyini bildirir. Hadisə ev sahibi evdə olmayanda baş verib. Oğrular giriş qapısının qıfılını sındırıb, içəri daxil olublar. Ev sahibinin kimliyi açıqlanmır, ancaq o, Gürcüstandan olan biznesmendir və sərvəti 500 milyon dollardan çoxdur./virtualaz.org/

MediaFax