Oğrudan qeyri-adi addım

Abşeron polisi oğurluqla məşğul olmaqda şübhəli bilinən 4 nəfərdən ibarət dəstəni zərərsizləşdirib.
 
24 yaşlı Ramil Abdullayev, 29 yaşlı Namiq Abuşov, 28 yaşlı Ramil Kərimov və 19 yaşlı Amal Qəmbərovu Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsinin əməkdaşları birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlayıblar.

Dəstə üzvləri Abşeron rayonun Mehdiabad, Fatmayi, Goradil kəndləri ərazilərində 15-dən çox evdən qızıl-zinət əşyaları və televizorları oğurladıqlarını etiraf ediblər. Bunun üçün təklif Namiq Abuşovdan gəlib. O, bütün oğurluqlarda iştirak edib. Və evlərə özü daxil olub.

Namiq Abuşov - Saxlanılan: "Villalara girmişəm. Televizor aparmışam. Gecə yarı gözüm tuturdu girirdim. Verəcəklərim var idi, özümün çatışmayan şeyləri".

Ramil Abdullayev - Saxlanılan şəxs: "Ad günündən çıxdıq. Pian idim. Təklif olundu getdim girdim. 1 dənə televizor. 100 manat gəlirdi onu da götürməmişəm. Dedim ki, kimin ehtiyacı var aparıb verərsən ona".

Oğurluq malların satışı ilə iki ay əvvəl ata olan Ramil Abdullayev məşğul olub.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir./ARB/

MediaFax