Onu bıçaqlayan ərini bağışladı

Arvadını bıçaqlayan şəxsə 1 il həbs cəzası verilib.
 
Cəzanın az verilməsinə səbəb bıçaqlanan qadının ərini bağışlaması olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən F.Hüseynov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən ilin iyulunda Bakının Xəzər rayonunda baş verib. Şüvəlan qəsəbə sakini 1972-ci il təvəllüdlü F.Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Məhkəmə istintaqı dövründə Rəna Hüseynova həyat yoldaşını bağışlayıb.

Hadisə ailə münaqişəsi zəminində baş vermişdi. F.Hüseynov Cinayət Məclləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub./musavat.com/

MediaFax