Onlardan biri İslam Kərimovu əvəz edəcək

Özbəkistanda prezident seçkilərində namizədliyin irəli sürülməsinə start verildi.

Artıq iki şəxs Özbəkistanda dekabrın 4-də keçirləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının Facebook səhifəsində məlumat verilib. Məlumatda bildirilir ki, iş adamlarının təmsil olunduğu  Özbəkistan Liberal-Demokrat Partiyasndan  (UzLiDep) prezidentliyə namizəd ölkənin baş naziri Şövkət Mirzoyev, "Milli Dirçəliş” Partiyası isə öz lideri Sarvar Otamuradovun prezidentliyə namizədliyini irəli sürüb. Özbəkistan MSK sentyabrın 16-dan etibarən prezidentliyə namizədlərin irəli sürülməsi kampaniyasına  start verib. İlk olaraq UzLiDep baş nazir Şövkət Mirzoyevin namizədliyini, daha sonra isə "Milli Dirçəliş” Partiyası namizədini irəli sürüb.

Qeyd edək ki,  sentyabrən 2-də  78 yaşlı Özbəkistan prezidenti İslam Kərimov dünyasını dəyişib. Müvəqqəti olaraq onun vəzifəsini Baş nazir Şövkət Mirzoyev icra edir.

Növbədənkənar prezident seçkiləri 2016-cı ilin dekabrın 4-nə təyin edilib./gununsesi.info/

MediaFax