Onlar ABŞ-a gedə bilməyəcəklər

Qahirə aeroportunda İraqın 5, Yəmənin isə 1 vətəndaşına ABŞ təyyarəsinə minmək qadağan edilib.

Bu barədə "Reuters" aeroportdakı mənbələrə istinadən xəbər verib.

Bildirilir ki, bu qərar Trampın dünyanın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişə qadağa qoyulması haqqında fərmanına əsasən qəbul edilib.

Məlumata görə, sərnişinlər Qahirədə yerdəyişmə zamanı dayandırılıb. Sərnişinlərin uçuş üçün vizalarının olmasına baxmayaraq, onlar öz ölkələrinə gedən reyslərə yönləndiriliblər./report.az/

MediaFax