Olimpiya təmsilçimizə ev verildi

Braziliyada keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı sərbəst güləş yarışlarında təmsil edən Xetaq Qazyumova Şimali Osetiyada ev verilib.
 
97 kq çəkidə çıxış edən idmançıya təxminən 12500 manat pul və iki otaqlı mənzilin açarı təqdim edilib.

Avqustun 31-də Şimali Osetiyanın "Vladiqafqaz” aeroportuna eniş edən idmançını yaxınları, qohumları və azarkeşlər qarşılayıb. Bundan sonra Şimali Osetiya rəhbərinin vəzifəsini müvəqqəti icra edən Vyaçeslav Bitarov idmançıya pul mükafatını və mənzilin açarını təqdim edib.

Qeyd edək ki, X.Qazyumov "Rio-2016”da Azərbaycana gümüş medal qazandırıb./report.az/

MediaFax