Yunanıstanın Afina və Salonik şəhərlərində ABŞ prezidenti Barak Obamanın səfərinə qarşı etiraz aksiyaları keçirilib.
"RİA-Novosti” agentliyi xəbər verir ki, etiraz aksiyalarının iştirakçıları polislərə "Molotov kokteylləri” atıb.
Polis onları dayandırmaq üçün gözyaşardıcı qaz tətbiq etməli olub. Afinada keçirilən aksiyalara 7 minə qədər insan qatılıb. Aksiya iştirakçıları ABŞ-ın dövlət bayrağını yandırıblar.
ABŞ prezidenti dünən Yunanıstana ikigünlük səfərə gəlib. Səfər çərçivəsində Yunanıstanın dövlət büdcəsinin sadələşdirilməsi, iqtisadi islahatlar proqramının icrası, Kipr probleminin nizama salınması, miqrasiya böhranı, regional siyasət problemləri və yunan iqtisadiyyatına investisiyaların qoyulması kimi məsələlər müzakirə ediləcək./publika.az/
MediaFax