Obamanın qızı Hollivudda işləyəcək

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 18 yaşlı qızı Maliya Obama prodüsser Xarvi Vaynşteynə məxsus Hollivudun ən qüdrətli şirkətinin əməkdaşı olub.

Stajçı kimi çalışacaq Maliya burada işlədiyi hər saata görə 9 dollar əmək haqqı alacaq.

Keçmiş prezidentin qızı məsuliyyətli işlə məşğul olacaq: o, stajçı kimi ssenariləri seçib onları işlənilməsi üçün göndərəcək.

Əgər Maliya özünü kino şirkətində yaxşı cəhətdən göstərərsə, o, Hollivudda rəsmi vəzifə də ala bilər./modern.az/

MediaFax