Prezident Barak Obama Çikaqoda vida çıxışında amerikalıları demokratiyanı qorumağa çağırıb.
O, minlərlə tərəfdarına deyib ki, 8 il əvvəllə, o prezidentlik vəzifəsinə gəldiyi zamanla müqayisədə "demək olar ki, bütün ölçülər üzrə Amerika daha yaxşı, daha güclü yerdir".
Lakin o, "demokratiyanı hədiyyə kimi qəbul edən zaman o təhlükədədir" deyərək xəbərdarlıq edib.
Ölkənin ilk qaradərili prezidenti, hazırda 55 yaşlı Obama 2008-ci ildə ümid və dəyişikliklər müraciəti ilə seçilib.
Onun xələfi Donald Tramp cənab Obamanın imza atdığı bəzi qərarları ləğv etməyə söz verib. O, yanvarın 20-də prezidentliyə başlayacaq.
Cənab Obama çıxış edərkən kütlə "daha dörd il" deyə qışqırıb. "Mən bunu edə bilmərəm", - deyə o cavab verib.
ABŞ Konstitusiyasına əsasən, bir nəfər yalnız iki dəfə prezident seçilə bilər.
O bildirib ki, prezidentlər arasında hakimiyyətin dinc yolla təhvil verilməsi Amerika demokratiyasının "vizit kartı" idi.
Amma o Amerika demokratiyasına üç təhlükədən - iqtisadi bərabərsizlik, irqi ayrı-seçkilik və cəmiyyətin müxtəlif təbəqələrinin iştiraksızlığından danışıb.
Son niqtində cənab Obama qeyd edib ki, amerikalılardan prezident kimi son bir xahişi var: "Mən sizdən inanmağı xahiş edirəm. Dəyişiklik gətirmək mənim deyil, sizin bacaracağınızdır".
Cənab Obama çıxışınıl belə bitirib: "Bəli, biz bacararıq. Bəli, biz bacardıq. Bəli, biz bacararıq."
Çikaqo səfəri cənab Obamanın prezident kimi son səfəri idi.
Onun nitqini dinləmək üçün biletlər pulsuz olsa da, çıxışdan əvvəl sosial mediada 1000 dollara satılıb./BBC/
MediaFax