Obamanın iti qızı dişlədi

ABŞ prezidenti Barak Obamanın Sanni ləqəbli iti Ağ evə qonaq gələn qıza hücum edib.
 
18 yaşlı qız Obama ailəsinin sevimli itini sığallamaq istəyəndə, o qızın sifətindən dişləyib.

Məlumata görə, xəsarət alan qonağa Obama ailəsinin həkimi baxıb və tikiş qoyulmasını vacib hesab edib. Sanni ilə tanışlıqdan sonra qızın üzündə əbədi olaraq dişlək yerinin qalacağı da istisna olunmur.

Obama ailəsinin iki iti var – Bo və Sanni. Hər ikisi Portuqaliya su cinsindəndir./modern.az/

MediaFax