ABŞ-da Konqres binasına silahlı hücum hazırlamaqda təqsirləndirilən Kristofer Kornelə hökm oxunub.
Axar.az xəbər verir ki, 22 yaşlı gənc 30 il müddətinə azadlıqdan məhrum edilib.
İŞİD-i dəstəkləyən Kristofer Kornel ABŞ-ın ali qanunverici orqanının yerləşdiyi binada, Prezident Barak Obamanın çıxışı zamanı terror aktı törətməyi planlaşdırıbmış.
Qeyd edək ki, Kornel 2015-ci ilin yanvarında FTB agentləri tərəfindən saxlanılıb.
MediaFax