ABŞ prezidenti Donald Tramp Krımın Rusiya tərəfindən ilhaqına görə sələfi Barak Obamanı qınayıb.
D. Tramp özünün "Twitter” səhifəsində yazıb: "Rusiya Krımı Obama administrasiyasının dövründə ələ keçirib. Obama Rusiya ilə kifayət qədər yumşaq davranmayıbmı?”
D. Tramp yaxın ətrafındakı şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqələri olduğuna dair "The New York Times” qəzetinin məlumatına da reaksiya verib. O, həmin məlumatı yalan adlandırıb: "Rusiya ilə bu cür əlaqələr nonsensdir. Bu, Hillari Klintonun uduzulmuş seçki kampaniyası zamanı yol verilən çoxsaylı səhvləri ört-basdır etmək üçün edilir”.
Prezident bu cür informasiyaların yayılmasında kəşfiyyat orqanlarını – Milli Təhlükəsizlik Agentliyini və Federal Təhqiqatlar Bürosunu ittiham edib: "İnformasiyalar qanunsuz olaraq kəşfiyyat ictimaiyyəti tərəfindən "New York Times” və "The Washington Post” kimi bədnam qəzetlərə ötürülür”./APA/
MediaFax