Obama prezidentliyinin ən çətin gününü açıqladı

14 dekabr 2012-ci il mənim prezidentlik dövrümün ən ağır günü oldu.

Bunu NBC televiziyasına açıqlamasında ABŞ prezidenti Barak Obama söyləyib.

"Mənim üçün ən ağır gün 20 nəfər 6 yaşlı körpənin oxuduqları məktəbdə vəhşicəsinə öldürülməsi oldu. İlk dəfə həmin gün mən öz şəxsi mühafizəçilərimin necə ağladığını gördüm”, – prezident söyləyib.

Qeyd edək ki, 14 dekabr 2012-ci ildə ABŞ-ın "Sendi Huk” məktəbinə hücum edən 20 yaşlı gənc burada 27 nəfəri qətlə yetirib. Ölənlər arasında 20 azyaşlı uşaqla bərabər, qatilin anası və daha altı nəfər olub./axar.az/

MediaFax