ABŞ Prezidenti Barak Obama Pentaqona Nüsrə Cəbhəsinin bütün liderlərinin öldürülməsi barədə əmr verib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Məlumata görə, terrorçulara qarşı əməliyyat zamanı pilotsuz aparatlardan istifadə ediləcək:
"Obamanın belə qərar verməsinə Amerika kəşfiyyatının son məlumatları təsir edib. Kəşfiyyatın məlumatına görə, Əl Qaidə Nüsrə Cəbhəsi vasitəsilə artıq Suriyada böyük baza yaradır və bunun da sayəsində İŞİD-in itirdiyi mövqeləri ələ keçirə bilər. Bu addımı ilə Obama Əl Qaidənin Suriyada güclənməsinin qarşısını almağa çalışır. Oktaybrın əvvəllərindən etibarən ABŞ pilotsuz təyyarələri vasitəsilə 4 yüksək vəzifəli Nüsrə liderini öldürüb. Terror təşkilatına sonuncu hücum noyabrın 2-də olub”.
Qeyd edək ki, Nüsrə Cəbhəsi Əl Qaidə terror təşkilatının Suriya qanadı hesab edilir.
MediaFax