O adda müğənni tanımıram - Tanınmış bəstəkar

Müğənni Eldəniz Məmmədov bəstəkarları ağır ittiham edib.

O, bəstəkarları savadsız adlandırıb: 

"Konservatoriya, bəstəkarlığı bitirməyiblər ki, savadlı yazsınlar. Böyük bəstəkarlardan yoxdur”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov saytımıza E.Məmmədov adında müğənni tanımadığını dedi:

"Mən peşəkar bəstələr yazıram. Eldəniz çox şey deyə bilər. O, yaxşı mahnı istəyirsə, gəlsin yanıma. Gəlmək istəmirsə mən ona nə edim?”.

F.Sücəddinov sonuncu mahnını Əməkdar artist Röya üçün yazdığını bildirib: 

""Düşürsən tez-tez yada”. Gözəl mahnıdır”./aznews.az/

MediaFax