Nokia bazara qayıdır - Foto

2014-cü ildə bazardan tamamilə yığışdırılan Nokia yenidən telefon bazarına qayıdır.

Görüntüləri yayımlanan Nokialar haqda şirkətdən verilən məlumatda bildirib ki, yeni modellər 2017-ci ildə satışa buraxılacaq.

Məlumat üçün bildirək ki, yeni Nokialar Android əməliyyat sistemi ilə işləyəcək. Əldə olunan bəzi məlumatlara görə, ilk telefonlar Android 7.0 ilə buraxılacaq. Bundan əlavə, 32GB yaddaş, 13 MP arxa, 8MP ön kamera ilə təhciz olunmuş yeni model Nokiaların qiymətinin kifayət qədər baha olacağı deyilir.

Qeyd edək ki, Nokiaların satışı 2014-cü ildə dayandırılıb. Səbəb isə Microsoft şirkətinin İOS və Android ilə mübarizədə geri qalmasıydı./bakipost.az/
 


MediaFax