Netanyahunun oğlu polisə çağırılıb

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu polis tərəfindən dindirilib.

Bu haqda məlumatı İsrailin "Haaretz” nəşri yayıb.

Verilən məlumata görə, Yair Netanyahu avstraliyalı milyarder Ceyms Pakerdən hədiyyələr alıb-almadığı haqda sorğu-suala çəkilib.

Buna səbəb baş nazirin oğlunun bir müddət əvvəl Pakerin Tel-Əvivdəki evində qalması, onun şəxsi təyyarəsi ilə uçuşlar etməsi, Nyu-Yorkdakı otellərdə milyarderin hesabına qalması olub.

Bu hadisədən sonra İsrailin keçmiş XİN rəhbəri Tsipi Livni Netanyahunu vəzifəsindən sui-istifadə edərək öz şəxsi maraqlarına görə fəaliyyət göstərməkdə ittiham edib və istefasını tələb edib./axar.az/

MediaFax