Netanyahu yenidən sorğu-sual ediləcək

İsrailin baş naziri Binyamin Netanyahu yenidən dindiriləcək.

Bu, nazirin sayca 4-cü dindirilməsi olacaq. Daha əvvəl də 3 saat sorğu-sual edilən nazir işgüzar dairələrin nümayəndələrindən bahalı hədiyyələr almaqda ittiham edilir.

Bildirilir ki, müstəntiqlər Netanyahunu Qüdsdəki rəsmi iqamətgahında dindirəcəklər./qafqazinfo.az/

MediaFax