Neftin qiyməti niyə tez-tez dəyişir? - Ekspert şərhi

Neftin qiyməti hər an yenidən ucuzlaşa bilər.
 
Bunu saytımıza açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, neftin bahalaşması və ucuzlaşması bazardakı əhval-ruhiyyədən asılıdır: "Heç vaxt proqnoz vermək olmaz ki, neftin ucuzlaşması və bahalaşması nə vaxta kimi davam edəcək. Çünki bu daha çox Amerikadan asılıdır.
 
Orda proseslər yaxşı olan kimi qiymət düşür, pis olan kimi isə bahalaşır. Amerika enerji Administrasiyası Bakı vaxtı ilə saat 18:30 da özünün həftəlik hesabatını açıqlayıb. Ondan öncədə ekspertlər bildirirlər ki, Amerikada həftəlik göstəricilərə görə hasilat və oradakı ehtiyatlar az olduğu təqdirdə azalır. Bunlarda birjaya təsir eləməyə başlayır”. 

İ.Şaban qeyd edib ki, hazırda həm hasilatın, həm də yığımın artması ilə bağlı müsbət proqnozlar verilir: "Bunun nəticəsində də qiymət artımı baş verir. Həmçinin birjada avronun qiyməti düşərək 1.07 olub. Avronun qiymətinin düşməsi də neftin qiymətinin artmasına təsir edir. Nəticə etibarı ilə neftin qiyməti bahalaşmağa başlayır. Dünən axsam rəsmi şəkildə Amerikada ehtiyatların azalması açıqlanıb.
 
Buna görə də qiymət artaraq 48 dollara qədər yüksəldi. Məsələn, bu gün və sabah Rusiya ilə OPEK ölkələri arasında bir görüş olsun. Daha sonra bu görüş barəsində mətbuatda razılığa gələ bilməmələri haqda məlumat çıxan kimi neft yenidən 45 dollar olacaq. Bir sözlə, neftə Amerika təsir edir. Hətta Liviyada iki qəbilə bir-biri ilə mübarizə aparıb hər hansı terminalı partladan kimi də neftin qiyməti artacaq. Hər şey yaxşı olan kimi isə qiymət yenidən düşəcək. Ona görə də neftin bahalaşmasını və ucuzlaşmasını dəqiq olaraq öncədən demək olmur”./bakipost.az/

MediaFax